Ölkə çempionumuzun rəqibi 66 milyon avroya 2 transfer edib

Yeni mövsümə ciddi hazırlaşan İngiltərənin “Çelsi” klubu heyətini gücləndirməkdədir. Allsport.az saytı xəbər verir ki, London klubu “Lester Siti”in yarımmüdafiəçisi Denni Drinkouterlə İtaliya “Torino”sunun müdafiəçisi Davide Zappakostanı alıb.

“Zadəganlar” adı ilk çəkilən futbolçu ilə 5-illik müqavilə bağlayıb. Onun alışı üçün 38 milyon avro ödənilib. Digər oyunçu 4 mövsüm İngiltərə paytaxtında qalacaq. Onun transferi “Qarabağ”ın rəqibinə 28 milyon avroya başa gəlib.

Həmin kateqoriyadan