Ölkə çempionundan azarkeşlərə jest

“Qarabağ” Avropa liqasının “E” qrupunda oktyabrın 25-də Bakı olimpiya stadionunda Ukraynanın “Vorskla” klubunu qəbul edəcək.

Allsport.az saytı xəbər verir ki, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən olacaq. Tərəfdarlar avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl, saat 17:55-dən etibarən istifadə edə bilərlər.

Bu arada, “Qarabağ” – “Vorskla” matçına bilet satışı da davam edir. Görüş saat 20:55-də başlayacaq.

Həmin kateqoriyadan