Ölkə çempionunun rəqibində 2 yeni futbolçu

Sloveniyanın “Olimpiya” klubu heyətinə daha 2 nəfər qatıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın çempionlar liqasında rəqibi Asmir Sulyiç və Marko Qayiçi transfer edib.

Adı ilk çəkilən futbolçu Macarıstanın “Videoton” komandasından azad agent kimi gəlib. Digəri Serbiyanın “Vozdovaç” klubundan transfer olunub.

Xatırladaq ki, “köhlən atlıların” Lüblyana təmsilçisi arasında oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Həmin kateqoriyadan