Ölkə kuboku ilk dəfə “Qəbələ”yə qismət oldu

Bu gün ölkə kubokunun qalibi məlum olub. Allsport.az saytı xəbər verir ki,
Naxçıvan Muxtar Respublikasının stadionunda keçirilən finalda “Qəbələ” və “Sumqayıt” klubları qarşılaşıblar.

Görüşə fəal başlayan əyalət təmsilçisi Stiven Monrozun 4-cü dəqiqədə başla vurduğu yeganə qol sayəsində tarixində ilk dəfə baş mükafata sahib çıxıb. Bunadək, “Qəbələ” 3 dəfə həlledici oyunda kuboku qazanmaq fürsətini qaçırmışdı.

Həmin kateqoriyadan