YENİLƏNİB
Ölkə kubokunda 1/8 final mərhələsinin qalibləri müəyyənləşdi

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Allsport.az xəbər verir ki, bir oyundan ibarət mərhələnin bütün görüşləri eyni gündə baş tutub.

“Neftçi” 1-ci divizion təmsilçisi “Qaradağ Lökbatan”ı asan qələbə sayəsində keçib. Eyni vaxtda keçirilən digər oyunda AzAL səfərdə “Neftçala” ilə qarşılaşıb. Nəriman Nərimanov adına Neftçala şəhər stadionunda baş tutan qarşılaşmanın sonlarına kimi meydan sahibləri hesabda öndə olub. Lakin son dəqiqələrdə iki ardıcıl qol vuran “təyyarəçilər” əzmkar qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıblar.

“Qəbələ” “Ağsu”nu darmadağın etdiyi halda, “Qarabağ” da digər aşağı divizion təmsilçisi MOİK-i üstələyib. Bu qarşılaşmada qapılara altı qol vurulub. “Sumqayıt” – “Bakı” matçında 120 dəqiqə ərzində qapılara qol vurulmayınca penaltilərə ehtiyac duyulub. Daha dəqiq oynayan paytaxt təmsilçisi mərhələ adlayan tərəf olub.

“Simurq” “Rəvan”ı, “İnter” isə “Şahdağ”ı darmadağın edərək, 1/4 finala yüksəlib.

Qeyd edək ki, bu mərhələnin daha bir iştirakçısı “Xəzər Lənkəran” “Araz Naxçıvan”ın çıxışını dayandırması səbəbindən oynamadan 1/4 finala vəsiqə qazanıb.

Azərbaycan kuboku
1/8 final, 3 dekabr

“Neftçala” – AzAL 1:2 (1:0)
Qollar: Məhəmməd Alıyev, 10 (1:0). Freddi Mombonqo, 89 (1:1). Laşa Kasradze, 90+2 (1:2).
Qırmızı vərəqə: Elvin Adışirinli, 90+4 (Neftçala). Xuan Fransisko, 90+4 (AzAL).
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Xəlil Hüseynli.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu.

“Neftçi” – “Qaradağ Lökbatan” 3:0 (1:0)
Qollar: Ernest Nfor, 17 (1:0). Ruslan Qurbanov, 75 (2:0). Denis Silva, 78 (3:0).
Qırmızı vərəqə: Kaue, 67 (Neftçi).
Hakimlər: Vüsal V. Əliyev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Mahir Məmmədov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

“Sumqayıt” – “Bakı” 0:0 (penaltilər 3:4)
Qırmızı vərəqə: Cəmil Hacıyev, 83 (Sumqayıt). Nurlan Novruzov, 90+1 (Bakı).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Mehman Mahmudov, Fərid Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Qəbələ” – “Ağsu” 3:0 (2:0)
Qollar: Bəxtiyar Soltanov, 1 (1:0). Bəxtiyar Soltanov, 22 (2:0). Pavol Farkaş, 64 (3:0).
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Akif Əmirəli, Teymur Fərhadov.
Qəbələ şəhər stadionu.

“Qarabağ” – MOİK 4:2 (2:1)
Qollar: İnnosent Emeqara, 6 (1:0). Riçard Almeyda. 7 (2:0). Rafael Qəvami, 35 (2:1). Maksim Medvedev, 49 (3:1). Vüqar Nadirov, 71 (4:1). Röyal Nəcəfov, 88 (4:2).
Hakimlər: Xəlil Xəlilov, Coşqun Həsənov, Elşən Acalov, Orxan Məmmədov.
Bakı. “Dalğa Arena”.

“Simurq” – “Rəvan” 6:0 (1:0)
Qollar: Draqan Çeran, 11 (1:0). Draqan Çeran, 55 (2:0). Marko Stanoyeviç, 57 (3:0). Əli Gökdəmir, 58 (4:0). Rəşad Eyyubov, 73 (5:0). Stepan Polyak, 80 (6:0).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov.
Zaqatala şəhər stadionu.

“Şahdağ” – “İnter” 0:3 (0:2)
Qollar: Baçana Sxadadze, 12-pen. (0:1). Elvin Məmmədov, 40 (0:2). Mirsahib Abbasov, 90+1 (0:3).
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Munis Abdullayev, Ramil Əhmədov.
Bakı. “İnter Arena”.

Həmin kateqoriyadan