Ölkə kubokunda 14 klub

Aprelin 21-də futzal üzrə Azərbaycan kubokunun cari mövsümünün püşkatması keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək tədbir saat 16:30-da başlayacaq.

Qalib adı uğrunda 6-sı yüksək liqa təmsilçisi olmaqla ümumilikdə 14 komanda yarışacaq. Hazırda Yüksək Liqada ilk iki pillədə qərarlaşan “Araz” və “Marafon Futsal” komandaları 1/8 final mərhələsinə qatılmayacaq.

Digər 12 komanda arasında “kor püşk” atılacaq. 1/8 finalda isə EKOL, “Neftçi” İK, “İtaldizain Futsal”, “Yasamal” FK, “Hell Energy”, “Green-Log”, ADBTİA, “Standard”, “Yasamal-2”, “Gilan”, VİP FK, “Avanqard” mübarizə aparacaq.

Həmin kateqoriyadan