Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşdi

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, yarımfinalçıların hamısı eyni gündə müəyyənləşib.

İlk iki oyun Bakıda keçirilib. “Neftçi” səfərdə AzAL-la qarşılaşıb. Bu cütün taleyini bir qol həll edib. Vobayın vurduğu top “ağ-qaralar”ı növbəti mərhələyə daşıyıb. “Bakı” isə son çempion “Qarabağ”ı qəbul edib. İlk oyunda darmadağınla üzləşən “zolaqlılar” bu dəfə də eyni aqibətlə üzləşiblər.

“İnter” “Xəzər Lənkəran”ın qonağı olub. Paytaxt klubu səfərdə 3 cavabsız qolla qalib gələrək, mərhələ adlayıb. Zaqatalada isə “Simurq”la “Qəbələ” üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayınca, ilk görüşdə 3 cavabsız qola sevinən “Simurq” mərhələ adlayan tərəf olub.

Azərbaycan Kuboku
1/4 final (cavab oyunları)
13 mart (cümə)

AzAL – “Neftçi” – 0:1 (0:1)
Qol: J.Vobay, 19 (0:1).
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Əliyar Ağayev.
Bakı. “AzAL Arena”.
İlk oyun: 0:0.

AzAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 15. Oskar Klava, 21. Novruz Məmmədov, 7. Təmkin Xəlilzadə, 8. Seymur Əsədov, 5. Kərim Diniyev, 23. Aleksandr Şemonayev, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 12. Luis Ramos Kalon, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 18. Orxan Lalayev, 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.
“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 21. Samir Məsimov, 22. Rauf Əliyev, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
Baş məşqçi: Arif Əsədov.

“Bakı” – “Qarabağ” – 1:4 (1:1)
Qollar: M.Mədətov, 8 (1:0). V.Nadirov, 15 (1:1). C.Tağıyev, 57 (1:2). V.Nadirov, 59 (1:3). V.Nadirov. 70 (1:4).
Hakimlər: Xəlil Xəlilov, Azər Əsgərov, Mehman Mahmudov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
İlk oyun: 0:3.

“Bakı”: 1. Elçin Sadıqov, 55. Aydın Mustafazadə, 4. Ülvi Süleymanov, 21. Elşad Manafov, 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 5. Georgios Pelagias (k), 99. Kamil Nurəhmədov, 45. Mahir Mədətov, 9. Raul Yaqubzadə, 28. Ülvi Quliyev.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 6. Vüqar Bəybalayev, 46. Yusup Xakimov, 17. Elmin Əsgərli, 16. Rüstəm Rüstəmli, 54. Mətin Əbilsoy, 15. Azad Kərimov..
Baş məşqçi: İbrahim Uzunca.
“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 17. Vüqar Nadirov, 24. Admir Teli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 7. Namiq Yusifov, 11. Danilo Dias, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.

“Xəzər Lənkəran” – “İnter” – 0:3 (0:1)
Qollar: A.Məmmədov, 24 (0:1). A.Daşdəmirov, 74 (0:2). Ə.İsmayılov, 90 (0:3).
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
İlk oyun: 0:2.

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 8. Elşən Rzazadə, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 96. Anar Babazadə, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.
“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 10. Elvin Məmmədov, 11. Asif Məmmədov, 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 23. Voyislav Stankoviç, 28. Baçana Sxadadze, 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 12. Franka Nildo, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 22. Əfran İsmayılov, 24. Fuad Bayramov, 80. Nizami Hacıyev.
Baş məşqçi: Kaxaber Sxadadze.

“Simurq” – “Qəbələ” – 0:0 (0:0)
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Kamran Bayramov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov.
Zaqatala şəhər stadionu.
İlk oyun: 3:0.

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 7. Elnur Abdullayev, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 5. Vadim Abdullayev, 8. Patrik Osiako, 13. Əli Gökdəmir, 15. Stepan Polyak, 22. Cihan Özkara.
Baş məşqçi: George Çixradze.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 32. Mixail Sivakov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 16. Ruslan Tağızadə, 18. Ruslan Fomin, 20. Rikardinyo, 25. Adrian Ropotan.
Baş məşqçi: Roman Qriqorçuk.

Həmin kateqoriyadan