Ölkə kubokunda yeni mövsüm başladı, ilk qaliblər bəlli oldu

Bu gün Azərbaycan Kubokunda yeni mövsümə start verilib. Allsport.az xəbər verir ki, 1/16 final mərhələsində birinci divizion klubları bir-biri ilə üz-üzə gəlib.

“Şahdağ” doğma meydanda “Şəmkir”lə qarşılaşıb. Matç şəmkirlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, bu komanda 1/8 finala qazanıb. Növbəti mərhələdə “Şəmkir”i “Qarabağ”la duel gözləyir.

MOİK “Turan Tovuz”la üz-üzə gəlib. Bakıda baş tutan qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də əlavə vaxt təyin olunub. Məhz əlavə vaxtda daha bir qol vuran tovuzlular növbəti mərhələyə vəsiqə qazanıblar. Hansı ki, 1/8 finalda bu komandanı “İnter”lə duel gözləyir.

“Şərurspor” isə “Qaradağ Lökbatan”ı qəbul edib. Bol qollu qarşılaşmada qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da üstünlük əldə olunmadığından, qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən lökbatanlılar növbəti mərhələyə çıxıblar. 1/8 finalda bu komanda “Neftçi” ilə üz-üzə gələcək.

Azərbaycan Kuboku
1/16 final

14 oktyabr

MOİK – “Turan Tovuz” – 1:2 (0:0)
Qollar: Vüsal Qarayev, 53 (0:1). Rafael Qəvami, 63 (1:1). Tuqay Alhüseynli, 110 (1:2).
Qırmızı vərəqə: Qüvvət Əmrahov, 49 (“Turan Tovuz”).
Hakimlər: Əmrah İbrahimov, Rahil Ramazanov, Vüsal Qənbərov, Alik Yunusov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Bu cütün qalibi 1/8 finalda “İnter”lə qarşılaşacaq.

“Şahdağ” – “Şəmkir” – 1:3 (0:1)
Qollar: Bəhruz Teymurov, 34 (0:1). Əziz Hüseynov, 68 (0:2). Bəhruz Teymurov, 87 (0:3). İlqar Səmədov, 89 (1:3).
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Kamran Bayramov, Elgün Hüseynov.
Şövkət Orduxanov adına Qusar şəhər stadionu.
Bu cütün qalibi 1/8 finalda “Qarabağ”la qarşılaşacaq.

“Şərurspor” – “Qaradağ Lökbatan” – 3:3 (penaltilər – 4:5)
Qollar: Sabir Allahquliyev, 9 (0:1). Rəhman Musayev, 22 (1:1). Sabir Allahquliyev, 58 (1:2). Rəhman Musayev, 86 (2:2). Rüfət Məmmədov, 101 (2:3). Fariz Nəcəfov, 105+1 (3:3).
Hakimlər: Anar Niyazov, Yaşar Abbasov, Şakir Quliyev, Qorxmaz Eldarov
Bakı. “Bayıl Arena”.
Bu cütün qalibi 1/8 finalda “Neftçi” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan