Ölkə kubokunun cavab oyunları kimlərə tapşırılıb?

Azərbaycan kubokunun 1/2 finalının cavab oyunları üçün təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, həlledici görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

18 aprel (çərşənbə)

“Sumqayıt” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Məlik Həsənov.
Sumqayıt. “Sumqayıt arena”, 17:00.

“Neftçi” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Baksel arena”, 20:00.

Həmin kateqoriyadan