Ölkə kubokunun finalı: “Bakı” – “Məhsul” və “Azərsu” – “Azəryol”

Bu gün həndbol üzrə ölkə kubokunda yarımfinallar oynanılıb. Allsport.az saytı xəbər verir ki, kişilərin mübarizəsində “Bakı” U-16-tını 49:26, “Məhsul” isə “Təhsil”i 32:28 üstələyib.

Qadınların rəqabətində “Azərsu” “İdman akademiya”sını 40:21, “Azəryol” “Qarabağ”ı 29:24 məyus edib. Finallarda “Bakı” – “Məhsul”, “Azərsu” – “Azəryol” ilə qarşılaşacaqlar.

Həlledici oyunlar martın 30-da keçiriləcək.

Həmin kateqoriyadan