Ölkəmizə yüzlərlə medal qazandıran Məhəmməd Əliömərov Güləş federasiyasından incik ayrılıb

Güləş federasiyası iyunda sərbəst güləş üzrə vitse-prezident Məhəmməd Əliömərovu da yola salıb. Allsport.az saytına daxil olan məlumata görə, dağıstanlı mütəxəssis Azərbaycandan incik ayrılıb. AGF ona 10-illik xidmətlərinə görə quru «çox sağ ol» da deməyib. Bu azmış kimi, adətən, belə şeyləri gizli saxlamağa çalışan federasiya rəhbərliyi, onun vəzifəsindən çıxarılmasından dərhal sonra xəbəri özünə yaxın bir sayta ötürüb.

Məhəmməd Əliömərovun AGF qarşısında əməyi böyükdür, ölkəmizə yüzlərlə medal qazandırıb. Dağıstanlı mütəxəssisin başlıca işi öz həmyerlilərini millimizə gətirmək olub. Dəvətlilər əsasən perspektiv vəd edən legionçular idi. O, zamanında, federasiyada Azərbaycan üzrə ən yüksək məvacib alan vitse-prezident olub.

Kaspiskdə keçirilən Avropa çempionatının gedişində Media zonada AGF-in çıxardığı məlum rəzalətin böyüməsinin qarşısını ilk dəfə o alıb. İndi Məhəmməd Əliömərov mirasına Firdovsi Umudov sahib çıxıb. Yeni vitse-prezident onun otağında əyləşir.

Həmin kateqoriyadan