“Ölkəmizi layiqincə təmsil etdiyimə görə böyük fərəh hissi keçirirəm”

ABŞ-ın Las Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranların dünya birinciliyində bürünc medal qazanan Əli Şükürlü (102 kq) tarixi uğuru haqda danışıb. Allsport.az saytı xəbər verir ki, o, federasiyanın rəsmi saytına sevinc hisslərini bölüşüb:

“Təbii ki, çox sevinirəm. Dünya birinciliyində iştirak etmək, ən yaxşılarla birlikdə bir körpücükdə mübarizə aparmaq böyük şans və imkandır. Las Veqasa medal ümidiylə gəlmişdim, bunu çox istəyirdim. Şükürlər olsun ki, istəyim nail ola bildim.

Ölkəmizi layiqincə təmsil etdiyimə görə böyük fərəh hissi keçirirəm. İnşallah, bu uğurların davamı gələr. Sonda ilk müəllimim Ağalar Muxtarov başda olmaqla, qələbəmdə əməyi olan bütün məşqçilərimə, yığma komandanın və federasiyanın işçi və rəhbər heyətinə təşəkkür edirəm”.

Həmin kateqoriyadan