Ölkənin bütün karateçiləri Bakı idman sarayına toplaşacaq

22-24 noyabrda Bakı idman sarayında yeniyetmə, gənc və usta karateçilərin Azərbaycan birincilikləri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi, karate-do federasiyaları assosiasiyası və milli karate federasiyasının birgə təşkil etdiyi yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, həmçinin böyüklər mübarizə aparacaqlar.

Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunmaqla, növbəti ildə yarışlarda ölkəmizi təmsil edəcəklər.

Həmin kateqoriyadan