Ölkənin savatlıları 20 yanvar şəhidlərinin xatirə çempionatına qatılacaq

Sabah boks mərkəzində Azərbaycan savat (fransız boksu) və şaolin döyüş sənətləri federasiyası 20 yanvar şəhidlərinin xatirəsinə açıq çempionat keçirəcək. Allsport.az saytı xəbər verir ki, yarışda 200-ə yaxın idmançı qatılacaq. Açılış 17.00-da olacaq. Ardından final döyüşlərinə başlanılacaq. Dövlət gömrük komitəsinin idman sağlamlıq mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə yarışda fəxri qonaq qismində gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və milli olimpiya komitəsinin vitse-prezidenti Xəzər İsayev iştirak edəcəklər.

2017-ci il sentyabrın 13-də BOK-un Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında 2024-cü il yay olimpiya oyunlarının Fransanın Paris, 2028-ci ildəki mötəbər yarışın isə ABŞ-ın Los Anceles şəhərində baş tutacağı elan edilib. 2024-cü ildəki keçirildikdən sonra Paris (1900, 1924) Londondan (1908, 1948 və 2012) sonra 3 dəfə olimpiya oyunlarına ev sahibliyi etmiş ikinci şəhər olacaq.

Savat, başqa adı ilə Fransız boksu adından da göründüyü kimi bu ölkənin milli idman növüdür. 200 ilə yaxın tarixə malik olsa da, ilk dəfə 1924-cü ildə məhz Parisdə keçirilən yay olimpiadasındakı növlər sırasına daxil edilib. Sonradan proqramdan çıxarılsa da, bu növ üzrə dünya və Avropa çempionatları keçirilməyə davam edib. Fransa höküməti və Beynəlxalq Savat Federasiyasının cəhdləri öz bəhrəsini verib. 2024-cü ildə son dəfə bu ölkədə baş tutan olimpiadanın 100 illiyini də təntənəli şəkildə qeyd edəcək fransızlar öz idman növlərini də doğma məkanda izləyə biləcəklər. Azərbaycan Savat və Şaolin Federasiyası 10 ildir ki, fəaliyyət göstərir. Federasiyanın prezidenti Rafiq Əliyevdir.

Həmin kateqoriyadan