“Orduspor” azərbaycanlı futbolçu almaq istəyir

Türkiyənin “Orduspor” klubu azərbaycanlı futbolçu transfer etmək istəyir. Allsport.az xəbər verir ki, bu barədə klubun prezidenti Nədim Türkmən məlumat verib.

O, yerli mətbuata açıqlamasında bunları söyləyib: “Baş məşqçimizə maliyyə problemlərinə rəğmən, transfer çalışmalarını sürdürməyi tapşırdım, o da “tamam” dedi. Transfer etməyimizi istərdim, amma olmur. Hətta transfer siyahımızda 6 oyunçu var ki, onlarla oyun başına razılıq da əldə etmişik. Bunların içində iki əcnəbi, bir də Azərbaycan əsilli futbolçu var. Amma təəssüf ki, gözləməkdən başqa çarəmiz yoxdur”.

Qeyd edək ki, “Orduspor” hazırda çətin vəziyyətdə qalıb. Klub bəzi keçmiş futbolçularına pul borcu olduğuna görə yeni transferlər həyata keçirə bilmir. Türkmən həmin oyunçuların vəkilləri ilə görüşdüklərini, onları razı salmağa çalışdıqlarını bəyan edib.

Həmin kateqoriyadan