Orxan Əliyev “Sumqayıt”a dönüb

“Sumqayıt” Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə bağlayıb. Allsport.az saytı xəbər verir ki, o, 8 nömrəli futbol geyimində çıxış edəcək.

22 yaşlı hücumçu 2011-2015-ci illər ərzində bu komandanın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü “Zirə”də (5 oyun) keçirmiş yarımüdafiəçi “Xəzər Lənkəran” (8 oyun) və “Kəpəz”in də (39 oyun, 3 qol) şərəfini qoruyub.

Orxan Əliyev həmçinin U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərimizin də formasını geyinib.

Həmin kateqoriyadan