Orxan Həsənov 1/8 finala vəsiqə qazandı

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Allsport.az xəbər verir ki, yarışın 3-cü günündə milli komandamızın 3 üzvü rinqə çıxıb.

Onlardan yalnız Orxan Həsənov (54 kq) döyüşünü qələbə ilə başa vurub. Həmyerlimiz latviyalı Sergey Hodjusinsi mübarizədən kənarlaşdırıb – 3:0. Boksçumuz 1/8 final mərhələsində danimarkalı Mehdi Jallavla qarşılaşacaq.

Seyidrza Sadiqov (50 kq) dünya birinciliyində ilk görüşdə məğlub olub. Millimizin üzvü kubalı Erislandi Alvaresə uduzub. Rəcəb Niftəliyev də (66 kq) yarışla erkən vidalaşıb. Niftəliyev Litva nümayəndəsi Tautvidas Çepauskasla dueldən məğlub ayrılıb.

Bu gün dünya birinciliyində Bəxtiyar Qazıbəyov (50 kq), Elbrus Əkbərov (75 kq) və Hüseyn Sadıqov (52 kq) rinqə çıxacaqlar.

Həmin kateqoriyadan