Orxan Nuriyev : Rəqiblərə xal vermədən çempion olacağımı gözləmirdim

«İslam oyunları yüksək səviyyədə keçirilir. Hamı bura uğur dalınca gəlib. Bütün idmançılarımız kimi, mən də bu yarışda yüksək yerləri hədəfləmişdim. İki öncə ölkəmizdə təşkil olunan Avropa oyunlarında yer tuta bilməsəm də, bu yarışda fərqlənməyi bacardım». Bunu allsport.az saytına açıqlamasında İslamiadanın qalibi Orxan Nuriyev (98 kq) dedi. Gənc yunan-Roma güləşçisi bildirdi ki, ən gərgin görüşü yarımfinalda özbəkistanlı qarşı keçdi:

«Rəqibim taktiki və texniki cəhətdən güclü idi, iki dəfə mötəbər yarışlarda yer tutmuşdu. Finalda qırğız həmkarımı yaxşı tanıyırdım. Müəyyən gərginlik olsa da, Allaha çox şükür, ona da qalib gəldim. Düzü, bu yarışda xal vermədən çempion olacağımı gözləmirdim. Qələbə mənə iyulda yenə doğma divarlarda keçiriləcək Qızıl qran-priyə və avqustda dünya çempionatına əlavə stumal vercək».

Həmin kateqoriyadan