Oxatan Olqa Senyuk Rio-2016-ya vəsiqə qazandı, Azərbaycan idmanı tarixinə düşdü

Azərbaycan Rio-2016-ya daha bir lisenziya qazanıb. Allsport.az xəbər verir ki, kamandan oxatan Olqa Senyuk İngiltərədə keçirilən Avropa çempionatında 25 yaşlı idmançımız bu hüquqa yiyələnib. Qitə birinciliyinin ilk mərhələsində o və Yaylagül Ramazanova mübarizəni dayandırıb. Sonra yarışdan erkən kənarda qalanlar 3 lisenziya uğrunda qüvvəsini sınayıblar.

Ramazanova startda moldovalı Aleksandra Mirkaya uduzub – 2:6. Ancaq Olqa isveçrəli Natali Dielen (7:1), sloveniyalı Ana Umer (6:5) və isveçrəli Valentin de Giuli (7:1) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Oxatanımız türk Yasemin Anagözə (0:6) məğlub olsa da, belaruslu Anna Marusovaya (6:2) qalib gələrək 3-cü yeri tutub və olimpiya oyunlarına vəsiqə qazanıb. Bununla da Senyuk ölkə idman tarixinə adını yazdırıb. Belə ki, buna qədər Olimpiadalarda bu idman növündə təmsil olunmamışıq.

Həmin kateqoriyadan