Oyan Ukrayna güləşçilərinə aman verməyib

Ukraynanın Odessa şəhərində çimərlik güləşi üzrə dünya seriyasının növbəti mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda yeganə təmsilçimiz Oyan Nəzəriani (+90 kq) bütün görüşləri qələbə ilə başa vurub.

Bu uğur sayəsində o, 10000 reytinq xalı qazanıb. Dünya zolağının sonuncu – final mərhələsi sentyabrın 7-8-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.

Həmin kateqoriyadan