Leysan oyunа mane ola bilmədi

Avro-2016-da milli futbol komandamızın yer aldığı seçmə qrupun favoritlərinin oyunu bu gün baş tutacaq. «Allsport.az» xəbər verir ki, leysan səbəbi ilə təxirə salınması müzakirə olunan İtaliya – Xorvatiya qarşılaşması baş tutacaq.

Qeyd edək ki, dünən komandalar məşq keçə bilməmişdilər. Buna görə də xorvatların sükançısı görüşün təxirə salınmasını təklif etmişdi. Lakin bu gün matçın keçiriləcəyi Milan şəhərində gün çıxıb. «San Siro»da drenaj sistemi suların axıdılıb, meydanın normal vəziyyətə gətirilməsinə kömək edib.

Həmin kateqoriyadan