Pərviz Bağırov 1/4 finala çıxdı, kubalı boskçuya rəqib oldu

Pərviz Bağırov (69 kq) dünya çempionatının 1/8 final mərhələsində qələbə qazanıb. Allsport.az xəbər verir ki, milli komandamızın üzvü meksikalı Marvin Kabrera ilə görüşdə rəqibdən bir baş üstün təsir bağışlayıb.

Nəticədə, 3 raunddan sonra hər 3 hakim həmyerlimizin üstünlüyünü qeydə alıb – 3:0. Boksçumuz 1/4 final mərhələsinda Kuba təmsilçisi Roniel İqlesiasla üz-üzə gələcək. İqlesias Pekin Olimpiadasının bürünc, London Olimpiadasının isə qızıl medalçısıdır. O, 2009-cu ildə Milanda keçirilən dünya çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu görüş oktyabrın 10-da keçiriləcək.

Həmin kateqoriyadan