PAOK Solonikidə “Qarabağ”la matç öncəsi Yunanıstan kubokunda qalib gəlib

Yunanıstan kubokunda qrup mərhələsinə start verilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan PAOK doğma meydanda “Larissa” ilə qarşılaşıb.

Matç Soloniki təmsılçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu keçən həftə Bakıda “şimalın ikibaşlı qartallarına” elə bu hesabla qalib gəlmişdi. Bu komandalar arasında 2-ci oyun noyabrın 3-də PAOK-un meydanında baş tutacaq.

Həmin kateqoriyadan