Paracüdoçulardan qitə çempionatında 5 medal

İtaliyanın Genuya şəhərində paracüdo üzrə Avropa çempionatının ilk günündə millimiz 5 medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, kişilərdə Bayram Mustafayev (66 kq) gümüş, Namiq Abbaslı (73 kq) bürünc mükafata yetişiblər.

Qadınlarda Sevda Vəliyeva (57 kq) 2-ci və Səbinə Abdullayeva (52 kq) 3-cü yer tutublar.

Həmin kateqoriyadan