Paralimpiya hərəkatı regionlarda sürətlə inkişaf edir

Naxçıvan MR Paralimpiya Federasiyasının Qolbol idman növü üzrə komandası Milli Paralimpiya Komitəsinin dəstəyi ilə 2013-cü ilin iyul ayında yaradılıb. Allsport.az xəbər verir ki, komandaya 6 nəfər görmə qabiliyyəti məhdud olan idmançı cəlb olunub.

Komandanın inkişafı ücün federasiya tərəfindən lazımı şərait yaradılıb, maddi texniki baza gücləndirilib. Komanda formalaşdıqdan sonra bu idman növü üzrə məşqçinin hazırlanması və komanda üzvlərinə qolbol idmanının qaydalarının öyrədilməsi məqsədi ilə Milli Paralimpiya Komitəsinin məşqçiləri bir neçə dəfə Naxçıvan MR-na ezam olunublar. Bu məqsədlə qolbol idman növü üzrə komandanın məşqçisi Zahir Abdullayev yenidən Naxçıvan MR-na ezam olunaraq, komanda üzvlərinə seminar keçirərək, yeni qaydalar haqqında məlumat verib və praktiki kömək göstərib. Əsas məqsəd bu idman növünü Naxçın MR-da inkişaf etdirmək və seçilən idmancıları Milli Konadaya cəlb etməkdir.

Həmin kateqoriyadan