Paralimpiyaçı cüdoçularımız dünya kuboku yarışlarının ilk günündə iki medal qazandılar

Macarıstanın Eger şəhərində paralimpiyaçı cüdoçular arasında dünya kuboku yarışlarının ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Allsport.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ramil Qasımov bütün rəqiblərinə qalib gələrək dünya kuboku yarışlarının qalibi olub.

Milli komandamızın üzvü Səbinə Abdullayeva (57 kq) final görüşündə məğlub olaraq gümüş medalla kifayətlənib.

Həmin kateqoriyadan