Parataekvondoçularımız Avropa çempionatında

Təlim-məşqləri başa vuran parataekvondo üzrə milli komandamız noyabrın 24-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Allsport.az xəbər verir ki, sayca 3-çü olan Avropa çempionatında ölkəmizi müxtəlif kateqoriyalarda 12 parataekvondoçu təmsil edəcək.

Məşqçilər heyəti qitə çempionatına gedəcək idmaçıların siyahısını açıqlayıb. Bu rəqabətdə Anar Hüseynov (-61 kq) (K41),Şamil Kərimov (61 kq) (açıq kateqoriya),Nicat Müslümov (75 kq) (K2),Rövşən Rzayev (-75 kq) (açıq kateqoriya),Dövran Məsənov (-61 kq) (K42),Namiq Abbasov (61 kq) (K43),Aynur Məmmədova (58 kq) (K44),Bahar Şıxəliyeva (-49 kq) (K44),Aleksandr Poleşuk (+75 kq) (K42),Vüsal İsmayılov (+75 kq) (K44),Rövşən Qəhrəmanlı (-61 kq) (K44),Əbülfəz Abuzərliyə (-75 kq) (K44) mübarizə aparacaqlar.

Komandamız 27 noyabrda keçiriləcək çempionata, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyammədin Paşayev, baş katib Həmid Məmmədov, baş məşqçisi Əvəz Tağıyev rəhbərliyi ilə qatılacaq.

Qeyd edək ki, parataekvondoçularımız komanda hesabında 2 dəfə dünya çempionu, 2 dəfə gümüş medal qazanmaqla, yüksək göstərici ilə liderlər sırasındadır. Komanda 28 noyabrda vətənə dönəcək.

Həmin kateqoriyadan