Paris «bürünc»ü 23 il sonra Qlazqoda Oleq Stepko ilə təkrarladı

Şotlandiya paytaxtı Qlazqoda idman gimnastikası üzrə dünya çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu yarışda iştirak edən Azərbaycan millisinin çıxışı uğurlu olub. Yığmanın lideri Oleq Stepko paralel qollarda 15.966 bal toplayaraq, yekun nəticədə 3-cü yer tutub və Rio-2016-ya vəsiqə qazanıb.

Qeyd edək ki, Barselona-1992-dən bu yana idman gimnastikasında təmsil olunmamışıq. O zaman İspaniyada keçirilən yay olimpiya oyunlarında Valeri Belenki MDB-nin heyətində komanda yarışında Azərbaycana qızıl, fərdi çoxnövçülükdə bürünc medal qazandırmışdı.

Maraqlı məqam, adı çəkilən idmançının 1992-ci ildə Parisdə təşkil olunan planetin ən güclülərinin yarışında, Stepko kimi paralel qollarda bürünc mükafata sahib çıxmasıdır.

Həmin kateqoriyadan