Paris qran-prisində iştirak edəcək milli komandalarımızın heyəti açıqlandı

31 yanvar – 1 fevralda Fransanın paytaxtında güləş üzrə beynəlxalq qran-pri turniri keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda hər üç güləş növü üzrə yığma komandalarımız ölkəmizi təmsil edəcək.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi ilə sərbəst güləş millimizin 10 üzvü Parisə yollanıb. Heyətdə Yaşar Əliyev, Mircəlal Həsənzadə (hər ikisi – 57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Toğrul Əsgərov, Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıblar.

Qadın güləşçilərimiz turnirdə baş məşqçi Semyon Çteryov və məşqçi Konstantin Konorevin rəhbərliyi ilə mübarizə aparacaq. Yarışda ölkəmizi Solmaz Həşimzadə (53 kq), Alyona Kolesnik (55 kq), İrina Netreba (58 kq), Natalya Sinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcəklər.

Yunan-Roma güləşçilərimiz isə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə turnirə qatılacaqlar. Ölkəmizi orada Heyətdə Murad Məmmədov (59 kq), Kamran Məmmədov, Ruhin Mikayılov (hər ikisi 66 kq), Ceyhun Əliyev (71 kq), Niyaməddin İbrahimov (75 kq), Elvin MÜrsəliyev (80 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) təmsil edəcəklər.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil edəcək. Qran-pri proqramı belədir:

31 yanvar
Qadınlar: 48 kq, 55 kq, 60 kq, 69 kq
Yunan-Roma: 66 kq, 71 kq, 80 kq, 98 kq
Sərbəst: 57 kq, 65 kq, 74 kq, 97 kq

1 fevral
Qadınlar: 53 kq, 58 kq, 63 kq, 75 kq
Yunan-Roma: 59 kq, 75 kq, 85 kq, 130 kq
Sərbəst: 61 kq, 70 kq, 86 kq, 125 kq

Həmin kateqoriyadan