AAAF Park-da pauerliftinqçilərin Azərbaycan çempionatı keçirilib

AAAF Park Yaşayış Kompleksinin yarış zalında kişi və qadın pauerliftinqçilər arasında Azərbaycan çempionatı keçirilib. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, turnirdə körpücük üzərinə 151 atlet çıxıb.

Ölkənin bütün bölgələrindən idmançıların qatıldığı yarışda istər fərdi, istərsə də komanda şəklində mübarizə gedib. Güc strukturları arasında ayrıca yarışda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları çempion olublar.

Milli Təhlükəsizlik Nazirliyini təmsil edən idmançılar gümüş, Daxili İşlər Nazirliyi atletləri bürünc medala sahib çıxıblar. Qalib və mükafatçılara medal və diplomlar, eləcə də sponsorlar tərəfindən təqdim olunan xüsusi hədiyyələr verilib.

Həmin kateqoriyadan