“Parma”da oynayan futboçu “Zirə”də

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, komanda Alvaro Ampuero ilə anlaşıb. 27 yaşlı müdafiəçi “Universidad San Martín”dən 1-illik icarəyə götürülüb.

Perulu futbolçu bundan öncə “Universitario de Deportes” (Peru), “Parma” (İtaliya), “Padova” (İtaliya), “Salernitana” (İtaliya) və “Universidad San Martín” (Peru) klublarında çıxış edib. 

O, Peru yığmasının heyətində 9 oyunda meydana çıxıb.

Həmin kateqoriyadan