Paşa İbrahimlidən çempionluq şərhi

Şüvəlanda ağır atletika akademiyasının yarış zalında keçirilən Azərbaycan çempionatında 73 kq-da qalib adını Paşa İbrahimli qazanıb. Allsport.az saytı xəbər verir ki, o, cəmdə 293 kq-ın (133+160) öhdəsindən gəlib. Qızıl medalçı mübarizədən sonra sevincini AAAF TV ilə bölüşüb:

“Yarışa çox yaxşı hazırlaşmışdım. Məşqçilərimə minnətdaram ki, hazırlıq zamanı dəstəklərini göstərirlər. Qarşıda bizi Avropa çempionatı gözləyir. Hədəfim həmin çempionatı mükafatla başa vurmaqdır. Fərqi yoxdur, qızıl, gümüş, ya da bürünc medal, əsası odur ki, yarışda gözəl çıxış edərək medal qazanım”.

Həmin kateqoriyadan