Patimat Abakarova millimizə Avropa çempionatının ilk medalını qazandırdı

İsveçrənin Montrö şəhərində keçirilən Avropa çempionatının 2-ci günü daha 4 taekvondoçumuz mübarizəyə qatılıb. Allsport.az saytı xəbər verir ki, Patimat Abakarova (53 kq) İnese Taevida (Latviya), Draqana Gladoviça (Serbiya) və kiprli Despina Pilavaki üzərində inamlı qələbə qazanaraq, yarımfinala vəsiqəni təmin edib. 1/2 finalda Floriane Liborionu üzərində qələbə qazanan (4:2) həmyerlimiz, yalnız finalda Tatyana Kudaşovaya minumal (3:4) hesabla məğlub olaraq gümüş medal qazanıb. Bu çəkidə çıxış edən digər təmsilçimiz Gülxanım Yaşıldal isə Tatyana Kudaşovaya start döyüşündə məğlub olaraq, mübarizəni erkən başa vurub.

Kişilərdə Məhəmməd Məmmədov (63 kq) türkiyəli Orxan Gülərlə erməni Sergey Avanesova şans verməsə də, yarımfinal uğrunda döyüşdə Joel Bonilla Gonzalezə (0-1) məğlub olub.

Ayan Tağızadə (68 kq) ilk mərhələdən azad olub. Latviya təmsilçisi Deniss Kulibiksi və Konstantinos Camalidisi (Yunanıstan) üstələyən taekvondoçumuz, yarımfinala gedən yolda növbəti rəqibinə 0:1 hesabı ilə məğlub olaraq, yarışda iştirakını başa vurub.

Həmin kateqoriyadan