Pauerliftinq üzrə paralimpiya millimiz Azər Əliyevlə görüşüb

Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev pauerliftinq üzrə paralimpiya millisi ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov, pauerliftinq yığmasının baş məşqçisi İlqar İbişov, komandanın kapitanı Elşən Hüseynov və digərləri iştirak ediblər. 

Pauerliftinqin ağır idman növü olduğunu deyən Azər Əliyev burada əzmli məşqlər önəmliliyini qeyd edib. O, komandaya uğur arzu edib və qeyd edib və əsas hədəfin Tokio-2020 yay paralimpiya oyunları olduğunu söyləyib. Sonra İlqar Rəhimov çıxış edib. Dəstəyə görə Azər Əliyevə minnətdarlığını bildirib.  

Həmin kateqoriyadan