Pauerliftinq üzrə yığmamız dünya çempionatında uğurla çıxış edir

Portuqaliyanın Maia şəhərində keçirilən pauerliftinq üzrə dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, Yarışa 21 idmançı ilə qatılan Azərbaycan yığma komandası artıq ciddi uğurlar qazanıb.

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev AZƏRTAC-a bildirib ki, komandamızın 7 üzvü – Kamil Qafarov, Ramin Rzayev, Aqşin İsmayılov, Rüstəm Musayev, Şahin Eyvazov, Kamran Əlizadə və Aqil Hümbətov qızıl medala sahib olublar. Bundan başqa, Xaliq İsmayılov gümüş, Əbülfəz Cəfərov və Vasif Quliyev isə bürünc medala layiq görülüblər.

İdmançılarımızın çıxışları davam edir.

Həmin kateqoriyadan