Paul Qutyar: “Ferrari”nin pilotunu yubileyi günündə sərt cəza gözləyir

İsveçrə Avtomobil İdmanı Federasiyasının prezidenti və FİA-nın təpəyə sürətlə qalxma üzrə komissiyasının sədri Paul Qutyar formula1 Azərbaycan qran-prisində beynəlxalq nümayəndələrdən olub. Allsport.az saytı xəbər verir ki, Lüis Həmiltonun maşını ilə bilərəkdən toqquşduğuna görə Sebastyan Fettelin cərimələnməsi barədə fikir haçalananda, stüard qərarının məntiqini şərh edib. İsveçrənin “Blick” nəşri onun bu sözünü sitat gətirib:

“Əlbəttə, biz ona daha sərt cəza verə bilərdik: qara bayraq göstərər və ya bir yürüşdən kənarlaşdırardıq. Amma “Mersedes”in sürücüsünün bolidi zədələnmədi. Buna görə də qərarımızın dünya çempionatında mübarizənin gedişinə güclü təsir göstərməsini istəmədik”.

Belə yanaşma ilə çoxları razılaşmağa hazırdır, hərçənd Sebastyan Fettelin tutduğu mövqeyi çətin ki, kimsə dəstəkləyir. O, öz təqsirini inkar etməyə nəinki davam edir, hətta yürüşün finişindən sonra Həmiltondan heç üzr də istəməyib.

Nəticədə, FİA hadisənin araşdırılmasının iyulun 3-də davam etdirilməsi barədə qərar qəbul edib. İş elə gətirib ki, həmin gün Sebastyanın 30 yaşı tamam olur və belə görünür ki, yubileyində onu “maraqlı” hədiyyə gözləyir.

Həmin kateqoriyadan