Pavel Paşayev 90 dəqiqə meydanda oldu, “Stal” səfərdə heç-heçə etdi

Ukrayna Liqa Pari-Matçda 5-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Stal” səfərdə “Vorskla” ilə qarşılaşıb.

Bu görüşdə qalib müəyyənləşməyib – 0:0. Futbolçumuz start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub. “Poladçılar” 5 turdan sonra 5 xalla 12 klub arasında 8-ci pillədədir.

Həmin kateqoriyadan