Pavel Paşayev Donetsk “Şaxtyor”una qarşı bir şey edə bilməyib

Ukrayna Liqa Pari-Matçda 6-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin komandası “Stal” doğma meydanda Donetsk “Şaxtyor”u ilə qarşılaşıb.

Ev sahibi bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1. Futbolçumuz start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub. “Stal” 5 turdan sonra 5 xalla 12 klub arasında 9-cu pillədədir.

Həmin kateqoriyadan