Pavel Paşayevin komandası “Volın”ı üstələyib

Ukrayna liqa pari-matçının 24-cü turunda Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Stal” öz meydanında “Volın”la üz-üzə gəlib. Allsport.az saytı xəbər verir ki, futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.

Həmvətinimiz qarşılaşmada yenə 90 dəqiqə meydanda olub. “Poladçılar” 27 xalla ikinci altılıqda yer alan və elitada qalmaq uğrunda mübarizə aparan komandalar arasında 2-ci pilləyə yüksəlib.

Həmin kateqoriyadan