Pavel Paşayevli “Aleksandriya”dan növbəti qələbə

Ukrayna premyer-liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, yığmamızın müdafiəçisi Pavel Paşayevin yer aldığı “Aleksandriya” doğma meydanda “Çernomoreç”i ilə qarşılaşıb.

Ev sahibləri Odessa təmsilcisinə 3:2 qalib gəlib. Futboçumuz start heyətdə meydana çıxıb və sonadək oynayıb. “Marallar” 22 xalla 12 komanda arasında 3-cü pillədədir.

Həmin kateqoriyadan