Pavel Paşayevli “marallar” Ukrayna premyer-liqasında liderdir

Ukrayna premyer-liqasında 3-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Desna” ilə qarşılaşıb.

Milli futbolçumuzun komandası bu oyunda 2:0 qalib gəlib. Müdafiəçimiz start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Marallar” Kiyev “Dinamo”su ilə birgə 9 xalla zirvəyə şərikdir.

Həmin kateqoriyadan