Pavel Paşayevli “marallar” Kiyev “Dinamo”suna böyük hesabla yenilib

Ukrayna premyer-liqasında 8-ci turun görüşləri olub. Allsport.az saytı xəbər verir ki, yığmamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb.

Qonaqlar bu mübarizədən məğlub ayrılıblar (0:3). Milli futbolçumuz start heyətdə meydana çıxıb və sonadək çıxış edib.

“Marallar” 4 xalla 12 klub arasında 11-ci sıradadır.

Həmin kateqoriyadan