Pavel Paşayevli “marallar”dan qələbə

Ukrayna premyer-liqasının 21-ci turunda millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” doğma meydanda “Mariupol”la üz-üzə gəlib.

Allsport.az saytı xəbər verir ki, futbolçumuzun komandası bu oyunda 1:0 qalib gəlib. Həmvətənimiz görüşdə sonadək mübarizə aparıb.

“Marallar” 22 xalla 12 klub arasında 8-ci yerə yüksəlib.

Həmin kateqoriyadan