Paytaxt sakinlərinə xəbərdarlıq

Bakı Şəhər Halqası əməliyyat şirkəti 26-28 apreldə növbəti Azərbaycan qran-prisinə hazırlıq məqsədi ilə trekin ətrafına sədlər quraşdırmaqda davam edir.

Allsport.az saytının məlumatına görə, paytaxt sakinlərinə nəzərinə indiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulması nəzərə çatdırılıb. Xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.

Əməliyyat şirkəti hamını yeni mövsümdə yenidən “İlin ən yaxşı yarışı” adına layiq bir yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və üzləşilən çətinlikləri anlayışla qarşılamağa çağırır.

Həmin kateqoriyadan