Paytaxt toplanışında 5 legionçu

Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah bir araya gələcək. Allsport.az saytı xəbər verir ki, yığmamız iyunun 3-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Baş məşqçi Milan Obradoviç toplanışa 24 futbolçu cəlb edib. Onların arasında 5 legionçu var:

Nihad Tamazov, Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı – “Qarabağ”), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (“Qəbələ”), Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (“Sabah”), Ricat Qarayev, Süleyman Əhmədov (“Sumqayıt”), Şahin Zəkiyev, Murad Qayalı (“Keşlə”), Kamran İbrahimov (“Neftçi”), Turan Manafov (“Zaqatala”), Rafael Məhərrəmli (“Zirə”), Hüseyin Seyliğli (“Beşikdaş”, Türkiyə), Arziman Rizvanov (“Bohemians”, Çex Resp.), Barış Ekincier (“VfL Boxum, Almaniya), Ziya Əzizov (“Neymegen”, Niderland), Tural Bayramlı (“Dauqavpils”, Latviya).

Həmin kateqoriyadan