Paytaxtda “Mançester Yunayted” futbol məktəbi bağlandı

2014-cü ildə uşaq futbolunun inkişafı məqsədi ilə təsis olunan, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və İngiltərənin “Mançester Yunayted” klubunun birgə əməkdaşlığı çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən məktəbin fəaliyyət müddəti tərəflər arasında bağlanmış müqaviləyə əsasən başa çatıb.

Allsport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Fəaliyyət müddəti ərzində layihə Azərbaycandakı mobil operator şirkətlərindən biri tərəfindən dəstəklənirdi.

Həmin kateqoriyadan