Pedro Enrike: “İlk ev oyunumuzda yaxşı nəticə qazanmağa çalışacağıq”

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike çempionlar liqasının qrup mərhələsi “Roma” ilə oyun öncəsi açıqlama verib. Allsport.az saytı xəbər verir ki, braziliyalı futbolçu sabah keçiriləcək matç barədə nikbin danışıb:

“Qarabağ”la çempionlar liqasında oynamaq hissini yaşayacam deyə qürur duyuram. Çox çətin oyun olacaq. “Qarabağ”a kömək etmək üçün gəlmişəm.

Məni burada yaxşı qarşıladılar. İlk ev oyunumuzda yaxşı nəticə qazanmağa çalışacağıq”

Həmin kateqoriyadan