Pedro Enrike “Qarabağ”la necə vidalaşdı?

“Qarabağ”ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü Pedro Enrike mövsüm başa çatdıqdan sonra Azərbaycanı tərk edəcək. Allsport.az saytı xəbər verir ki, onun transferi üçün Yunanıstan klubuna müraciət edilməyəcək. Bu gün braziliyalı yarımmüdafiəçi sosial şəbəkədə paylaşəmla “köhlən atlılar”a təşəkkür edib:

“Birlikdə geridə qoymaq üzrə olduğumuz bu mövsümə görə “Qarabağ”a və bütün Azərbaycan xalqına təşəkkür edirəm. Həyatımın həlledici periodlarından biri arxada qaldı. Birlikdə keçirdiyimiz bu 9 ayı sevgi ilə xatırlayacam. Həmişə əlimdən gələnin ən yaxşısını ortaya qoymağa, var gücümlə oynamağa çalışmışam, çünki burada futbol oynamaq mənim üçün xoş idi və bu, belə də qalacaq. Özümü sizin qarşınızda borclu hiss edərək, ayrılıram. Mənə ağdamlılar üçün oynamaq imkanı yaratdığınız üçün hər zaman sizə minnətdar olacam. Bütün futbolçulara, texniki heyətə, rəsmilərə və azarkeşlərimizə təşəkkür edir, hamınızı bağrıma basıram. Allah sizdən razı olsun”.

Qeyd edək ki, 27 yaşlı futbolçu premyer liqada 19 oyuna (1273 dəqiqə) 3 qol vurub. O, çempionlar liqasınnın qrupunda 4 görüş keçirib və “Roma” ilə görüşdə 1 dəfə fərqlənib.

Həmin kateqoriyadan