Pekin 2022-ci ilin “Ağ oyunlar”ını keçirmək üçün namizədliyini irəli sürüb

Pekinin şəhər administrasiyasının nümayəndələri 2022-ci ildə Qış Olimpiya Oyunlarını keçirmək üçün Beynəlxalq Olimpiya Komitəsinə rəsmi ərizə ilə müraciət ediblər. Allsport.az Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının paytaxtı öz namizədliyini Pekindən 200 kilometr şimal-qərbdə yerləşən Cyancakou şəhəri (Xebey əyaləti) ilə birgə irəli sürüb.

BOK bu ilin mart ayında Pekinin Olimpiadanı qəbul etməyə hazırlığını qiymətləndirmək üçün şəhərə xüsusi ekspert komissiyası göndərəcək. Hazırda 2022-ci il Olimpiya Oyunlarını qəbul etməyə namizəd ölkələr sırasına hələ ki, Qazaxıstanın Almatı və Çinin Pekin şəhərləri daxildir. Norveçin paytaxtı Oslo öz namizədliyini ötən ilin oktyabr ayında geri götürüb.

Həmin kateqoriyadan