Pencak-silat döyüşçülərimiz qitə çempionatında

Oktyabrın 11-dən 15-dək Niderlandın Haaqa şəhərində pencak-silat döyüş növü üzrə açıq Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı 11 idmançı təmsil edəcək.

Ustalarda Abdulla Abdullazadə, Avropa çempionu Elxan Cəfərov, qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli, dünya kubokunun gümüş mükafatçısı Bəxtiyar Həmidov, Avropa çempionu Seymur Xəlilov, Rumiyə Vəliyeva və Lalə Mikayılova mübarizə aparacaqlar.

Gənclərdə Xalid Əfəndiyev, Rəvan Abdullazadə, Cavidan Abdullazadə və üçqat Azərbaycan çempionu Fidan Əlizadə çıxış edəcəklər.

Milli komandamız yarışda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi ilə yollanacaq.

Həmin kateqoriyadan